Azərbaycanda qeyri-neft-qaz sektoru böyüyüb

Azərbaycanda qeyri-neft-qaz sektoru böyüyüb
13 Fev 2025 13:06

Bu ilin yanvar ayında Azərbaycanda 9 milyard 430,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

News365.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4 % azalıb, qeyri neft-qaz sektorunda isə 1 % artıb.

ÜDM istehsalının 39,9 %-i sənaye, 10,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,2 %-i tikinti, 3,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 20,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 %-ni təşkil edib.

Ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 922,1 manat olub.


Sizin reklam burada
Sizin reklam burada