Şoyqu Çindədir

Şoyqu Çindədir
28 Fev 2025 10:20

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinə səfər edib.

News365.az Rusiya TŞ-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Şoyqu Pekində Çin Sədri Si Cinpin, eləcə də çinli həmkarı Van İ ilə görüş keçirəcək.

Tərəflərin təhlükəsizliyin təmin edilməsi sahəsinə, həmçinin beynəlxalq və regional məsələlərə dair mövzular ətrafında fikir mübadiləsi aparacağı gözlənilir. 

Qeyd edək ki, bu, Şoyqunun son 4 ay ərzində Çinə ikinci səfəridir. 


Sizin reklam burada
Sizin reklam burada