"Medera"-nın rəhbərinə 25 minlik cərimə...

"Medera"-nın rəhbərinə 25 minlik cərimə...
05 Fev 2025 22:30

"Medera Hospital" MMC-nin qanuni təmsilçisi İbrahim Əliyev siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə cərimə oluna bilər.


News365.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.


Klinikanın rəhbəri İbrahim Nadim oğlu Əliyev Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət verib.


İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000, vəzifəli şəxslər 3000-5000, hüquqi şəxslər 20000-25000 manatadək cərimə edilir.


İşə 18.02.2025-ci il tarixində də baxılacaq.


Qeyd edək ki, "Medera Hospital" xalq artisti Ağadadaş Ağayevlə bağlı insidentə görə son vaxtlar gündəmdədir


Sizin reklam burada
Sizin reklam burada