42 həkimin plastik cərrah kimi fəaliyyətinə İCAZƏ VERİLDİ

42 həkimin plastik cərrah kimi fəaliyyətinə İCAZƏ VERİLDİ
17 Apr 2025 13:40

Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılıb və hər bir iclas protokollaşdırılıb.

Komissiyanın ümumilikdə 11 iclası keçirilib. 


Sizin reklam burada
Sizin reklam burada