3 oyundan sonra İSTEFA VERDİ

3 oyundan sonra İSTEFA VERDİ
08 Okt 2024 13:23

Yunanıstanın "Asteras" klubunun baş məşqçisi Klod Makelele komandanın "sükanı arxasında" keçirdiyi 3 matçdan sonra istefa verib.

News365.az xəbər verir ki, fransalı keçmiş futbolçu "London World"a açıqlamasında buna rəhbərliklə ciddi fikir ayrılıqlarının səbəb olduğunu deyib.

51 yaşlı mütəxəssis işinə müdaxilə edildiyini söyləyib:

“İşimi sevirəm, amma insanların müdaxilə etməsinə və mənə nəyi edib-etməyəcəyimi söyləməsinə dözə bilmirəm. Mənə komandaya tam nəzarət etməyi vəd etdilər. Kimin oynayıb, kimin oynamamasına mən qərar verməli idim. Son matçda əsas heyət üzvünün ehtiyat oyunçular skamyasında qalmasını israr etdilər. Maaşı az olsa da, komandanın ən yaxşı oyunçusudur. Mən onu cəmi 20 dəqiqə meydana buraxdım, o, iki məhsuldar ötürmə etdi və matçda qalib gəldik. Halbuki onun oynamasını istəmirdilər. Yeni müqavilə imzalamadığı üçün ona nəzarət etmək istəyirdilər".

Qeyd edək ki, K.Makelele Fransa millisi ilə yanaşı, "Real" (İspaniya) və "Çelsi" (İngiltərə) kimi klubların formasını geyinib. "Asteras"ın baş məşqçisi olduğu müddətdə onun komandası Yunanıstan Superliqasında meydana çıxdığı oyunlarda 2 heç-heçə və 1 qələbə ilə yadda qalıb.


Youtube kanalımız

Oxşar xəbərlər