3 milyona MRT müayinə üçün avadanlıq alınacaq

3 milyona MRT müayinə üçün avadanlıq alınacaq
13:50

Travmatologiya və Ortopediya İnstitutu 3 milyon manata yaxın məbləğdə tibbi avadanlıq alır.

News365.az xəbər verir ki, Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (ETTOİ) radiologiya şöbəsinin fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsi məqsədilə irimiqyaslı satınalma elan edib.

Müsabiqə çərçivəsində müasir radioloji avadanlıqların, xüsusilə yüksək texnologiyalı Maqnit Rezonans Görüntüləmə (MRT) sistemlərinin alınması nəzərdə tutulur.

Layihənin icrası üçün nəzərdə tutulan ehtimal olunan qiymət 2 945 775,60 azn təşkil edir.



Sizin reklam burada
Sizin reklam burada