İsrailin Livan ərazisinə təşkil etdiyi hücum nəticəsində bir ana və onun dörd övladı həyatını itirib.
News365.az xəbər verir ki, zərbə yaşayış məntəqələrindən birinə endirilib.
Nəticədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Hadisə yerindən yayılan məlumatlarda dağıntıların olduğu və xilasedici qrupların ərazidə axtarış-xilasetmə işləri apardığı qeyd olunur.
Hücum zamanı digər yaralananların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.