ABŞ-ın Tennessi ştatında tək mühərrikli Mooney M20TN təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Bu barədə NBC News kanalı məlumat yayıb.
Mənbə qeyd edir ki, hadisə günorta radələrində Uayt dairəsində uçuş-enmə zolağından bir mil cənubda baş verib. Alabamadan havaya qalxan təyyarə Yuxarı Kumberlend regional hava limanına yaxınlaşarkən qəzaya uğrayıb. Təyyarədə üç nəfər olub, heç kim sağ qalmayıb.
Ölənlərin kimliyi açıqlanmayıb.
Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə yerindədir.