29 min nəfərin ölümündə ittiham edilən şəxslərin məhkəməsi başlayıb

29 min nəfərin ölümündə ittiham edilən şəxslərin məhkəməsi başlayıb
20:20

El Salvadorda 500-ə yaxın cinayətkar qrup üzvü toplu şəkildə mühakimə olunub.

News365.az xəbər verir ki, El Salvadorda təxminən 29 min nəfərin ölümündə ittiham edilən 500-ə yaxın MS-13 (Mara Salvatrucha) cinayətkar dəstə üzvü toplu şəkildə məhkəmə qarşısına çıxarılıb.

Məlumata görə, adıçəkilən şəxslər ağır cinayətlərdə, o cümlədən qətllərdə iştirak etməkdə ittiham olunurlar. Onların hamısının ömürlük həbs cəzası alacağı gözlənilir.

Hakimiyyət orqanları bu addımı ölkədə cinayətkarlığa qarşı mübarizənin tərkib hissəsi kimi qiymətləndirir.



Sizin reklam burada
Sizin reklam burada