“24 bina PUA ilə vurulub" -Rusiyalı qubernator

“24 bina PUA ilə vurulub" -Rusiyalı qubernator
15 Apr 2025 12:02

Xəbər verdiyimiz kimi Ukraynanın pilotsuz uçuş aparatları (PUA) gecə Kurska güclü hücum həyata keçiriblər. Hücumlar nəticəsində iyirmidən çox yaşayış binasına ziyan dəyib. Bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn öz Telegram kanalında məlumat yayıb.


“24 çoxmənzilli binaya ziyan dəyib ki, onlardan üçü kifayət qədər ciddidir”,- o yazıb.


Qurum rəsmisi onu da dəqiqləşdirib ki, hazırda ekspertlər yerlərdə işləyirlər. Onlara günün sonuna qədər vaxt verilib ki, zədələnmiş binalar bərpa olunsun.


Xinşteynin qeyd edib ki, hakimiyyət bütün zərər çəkmiş sakinlərə yardım göstərəcək. Bura onlara lazımi ödənişlərin verilməsi də daxildir.


“Hələlik bütün zərər çəkmiş insanlar müvəqqəti yaşayış yerlərinə yerləşdiriləcək və dünən gecə hamı təxliyə edilib, yeməklə təmin olunublar”, - qubernator vəzifəsini icra edən vurğulayıb.


Aprelin 15-nə keçən gecə Kursk vilayəti üzərində səmada Ukraynaya məxsus 109 pilotsuz uçan aparat vurulub. Hücumun hədəflərindən biri də 9 nəfərin yaralandığı vilayət inzibati mərkəzi olub. 85 yaşlı təqaüdçü olan daha bir qadını isə xilas etmək mümkün olmayıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada