Mətbuat Şurasına yeni sədr seçildi - YENİ TƏRKİB

Mətbuat Şurasına yeni sədr seçildi - YENİ TƏRKİB
12:27

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

News365.az-ın xəbərinə görə, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.


Vüqar Zifəroğlu Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurasının (MŞ) yeni sədri seçilib.


O, səsvermənin yekunu olaraq quruma yeni sədr seçilib.


Qeyd edək ki, Mətbuat Şurasının bundan əvvəlki sədri Rəşad Məcid olub.


MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:


Hacıbəy Heydərli – "Azxeber.com" saytı;


Orxan Amaşov – AnewZ;


Səadət Məmmədova – ATV;


Nurşən Quliyev – APA;


Vüqar Rəhimzadə - "İki sahil" qəzeti;


Elşad Eyvazlı – Modern Media Qrupu;


Seyfəddin Hüseynli – "525-ci qəzet";


Qalib İbrahimoğlu – "Bakivaxti.az" saytı;


Fərid Şahbazlı – "Editor.az" saytı;


Elçin Alıoğlu – "Trend" İA;


Anar Tahirov – "Bizim.media" saytı;


Vəfa Həmzəyeva - Real TV


Elmira Musayeva - CBC


Hümbət Musayev- Xalq qəzetinin baş redaktorunun birinci müavini


Vüqar Zifəroğlu – BDU, Jurnalistika fakültəsi;


Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar İttifaqı;


Əminə Yusifqızı – Veteran jurnalist;


Bəhruz Məmmədzadə - "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyi;


Ayaz Mirzəyev Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi


Fərid Pərdəşünas - Technote Media Şirkəti;


Könül Niftəliyeva – BDU, Jurnalistika fakültəsi


Azər Həsrət – Bayraqdar Media


Yeganə Hacıyeva – Gənc Demokratlar İnstitutu;


Sizin reklam burada
Sizin reklam burada