Ramazan ayında iftar menyularının baha olmasına baxmayaraq restoran və kafelərdə boş yerlərin olmamasını görəndə İstanbulda olan "Sanki Yedim" məscidinin tarixini xatırlayıram.
Əlbətdə, Orucluq ayında insanların iftar süfrəsi ətrafında birgə oruc açması gözəl bir haldır. İmanlı insanların birlikdə oturub söhbət etməsi də gözəl haldır.
Lakin Orucluq gün ərzində ac qalıb, iftarı bahalı menyunlarla qarın doldurmaq da demək deyil. Bu çox geniş mövzudur və izahını da başa düşən azdır. Orucluq qarın doldurmaq deyil, ac qalaraq qarın döyudurmaq deməkdir..
***
Keçeci Hayreddin (Adanalı Şakir Əfəndi də ola bilər ) adlı bir şəxs XVII əsrdə böyük bir xəyal yaşayırdı. Tarixdə bir iz qoymaq və insanlara xidmət edəcək bir iş görmək. Bunun üçün O, 20 il ərzində insanların qazandıqlarının ancaq yemək və yemək olduğunu görüb qəti qərara gəlir..
Ya yemək üçün yaşamaq
Ya insanlıq üçün yaşamaq
Beləcə o, qərara gəlir ki, ayda qazandığı pulu qırağa hissə hissə qoysun və sonunda bir məscid tikib xidmətə versin. O dövrün həyat tərzini nəzərə alsaq məscid tikintisi daha önəmli idi və düz 20 il ərzində o pul yığıb məscidi tikir.
Məscidin adı isə "Sanki Yedim" olması isə onun sözü ilə bağlıdır. 20 il ərzində Ramazan aylarında, digər günlərdə küçədən keçəndə insanların yeməkxanalarda oturduğunu, bazara gedəndə diqqəti və nəfsi çəkən ərzaqları görəndə O, öz özünə deyirdi:
"Sanki yedim, doydum"
Öz nəfsinə hədəfi üçün qalib gələn bu şəxs nəhayət istədiyinə çatır. Məscid 20 ildən sonra insanların xidmətinə verilir. Lakin məscidin tamamlanması ona qismət olmur. Cəmi iki minarə və tamamlanmamış məscid insanların ibadət yerinə çevrilir.
Bu insan isə hər dəfə ibadət zamanı ruhuna dua alır indinin özündə də...
Birinci Dünya Müharibəsindən əvvəl Fatih-Unkapanı ətrafında baş verən yanğında məscidə ciddi ziyan dəyib. Yanğın nəticəsində dağılan məscid 1959-cı illərdə yenidən tikilib. Məscid yüksək hündürlükdə və dəmir-betonla tikilmişdir. Məscidin bir böyük günbəzi və dörd dörddəbir günbəzi var və günbəzləri qurğuşunla örtülmüşdür. Arxa tərəfində qalereyası var və minarəsi tək eyvanlıdır və dəmir-betondur. Məscid yerləşdiyi yerə görə hazırda çoxmənzilli binaların arasında yerləşir.
***
Burda məntiq nədir. Sən Nəfsinə qalib gəlsən tarixə düşəcək böyük işlər görə bilərsən. Ya imzan olacaq tarixdə, ya da adi qəbirdə unudulub gedərsən. Ona görə də Ramazan ayı sizlərə, bizlərə bu şansı verir.
Bir qarını doyduracaq bahalı menyu əvəzinə üç qarnı doyduracaq menyu...
Yaxud da, tarixə düşəcək yaxşılıq yoxsa həyatını həyətinə sığdırıb yaşamaq