Son dövlər kərə ýağının qiyməti durmadan artır. Hal hazırda kərə yağının
1 kq-nın qiyməti 23-37 manat arasında dəyişir. İqtisadçılar qiymət artımının səbəbini
ölkəmizin idxaldan asılı olmasında yerli istehsalın az olmasında görürlər bu
yalandır və pafoslu açıqlamadan başqa bir şey deyil. Kərə yağlarının qiymətinin
baha olmasının və durmadan artmasının səbəbi ölkəyə kərə yağı idxal edən
idxalçı şirkətlərin barmaqla sayılacaq qədər az olmasıdır. Yəni supermarketlərdə
gördüyünüz bütün kərə yağlarını ölkəyə barmaqla sayılacaq qədər az idxalçı şirkət
gətirir və onların arasında rəqabət yoxdur. Bu yaxınlarda mediada Fransa-nın
President kərə yağının qiymətinin Gürcüstan və Ermənistanla müqayisədə baha
olduğu haqqında xəbər verilmişdir. Bunun səbəbi Gürcüstanda 30-dan çox idxalçı
şirkətin ölkəyə yağ idxal etməsi və onların arasında rəqabət mühitinin
olmasıdır. Nəyinki Gürcüstan və Ermənistan bütün Sovetlər Birliyi ölkələri
idxaldan asılıdır və yerli istehsal çox azdır.Sadəcə bizdən fərqli olaraq
onlarda rəqabət mühiti var. Hətta iqtisadçıların dediyi kimi yerli istehsal yetəri
qədər olsa belə əhalinin əksəriyyəti keyfiyyət məsələsinə görə etibar edib
yerli istehsal olan kərə yağı almaz. Çünki hər il ölkəyə onminlərlə ton palma
yağı idxal olunur.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə 2024-cü ildə ölkəyə
65 min ton palma yağı idxal olunub. Bu rəqəm 2023-cü illə müqayisədə 42% çoxdur
yəni ölkəyə palma yağı idxalı hər il sürətlə artırılır. Belə olan halda kim zəmanət
verə bilərki əhalinin aldığı yerli istehsal olan kərə yağına kərə yağı adı
altında palma yağı qatılmayacaq? Şəxsən mən heç vaxt evimə yerli istehsal olan
kərə yağı və Azərsun və Delta Group-un guya Yeni Zellandiyadan idxal olunub
burda qablaşdırdığı halbuki Yeni Zellandiyanın özünün o yağlardan xəbəri
olmadığı Best Cow, Dayaruşka, Wellington, Novaya Zemilya, No 47 və s. yağları
almaram. Elə Qida Təhlükəsizliyi Agentliyinin son dövrlər yerli istehsal olan
"kərə" yağlarında apardığı yoxlamalar mənim və əhalinin əksər hissəsinin
haqlı olduğunu göstərdi. Beləki yerli istehsal olan əksər kərə yağlarında kərə
yağı adı altında tərkibində bitki yağı olduğu üzə çıxdı. Tam əminliklə deyə bilərəm
ki Qida Təhlükəsizliyi Agentliyinin adlarını açıqlamadığı digər yerli istehsal
olan kərə yağlarıda o vəziyyətdədir. Üstəlik Qida Təhlükəsizliyi Agentliyinin
apardığı son yoxlamalar üzə çıxardı ki, Əli Cəfərova məxsus həmin saxta kərə
yağlarına nəyinki kərə yağı adı altında bitki yağı qatılıb həmçinin tərkibində
bütün dünyada qadağan olunan kərə yağına ümumiyyətlə qatılması qadağan olunan
Sorbil və Benzol turşuları aşkar olunub ki, bu maddələr birbaşa xərçəng xəstəliyinə
səbəb olur.
Birdə bir çox supermarketlərin və idxalçı şirkətlərin Yeni Zellandiyada,
Belarus və Ukraynadakı süd zavodlarında sifarişlə istehsal etdirdikləri üzərlərinə
müxtəlif adlar qoyub satdıqları yağlarda ayrı bir dərddir. Ümumdünya Səhiyyə Təşkilatının
və EFSA-nın təhlükəli və kanserojan hesab etdiyi ölkəmizə isə hər il sürətlə həcmi
artırılaraq idxal olunduğu palma yağlarının nəticəsidir ki, bu gün ölkəmiz
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ürək damar xəstəliklərinə görə
ilk 10-luqda yer alıb. Əvvəllər Belarusiya və Ukrayna yağları ilə Qərb ölkələrinin
istehsalı olan kərə yağları arasında qiymət fərqi var idisə yəni Belarusiya və
Ukrayna kərə yağının qiyməti 10 il öncə 1 kq 13-14 manat, Qərb ölkələrinin
istehsalı olan kərə yağları 16 manatdan başlayırdısa indi isə Belarus və
Ukrayna istehsalı olan yağda Qərb ölkələri istehsalı olan yağda 1 kq-ı 23
manatdan başlayır. Bir də əvvəllər Bakıda çoxlu Rusiya, Belarus süd məhsulları
mağazaları var idi ki, supermarketlərdə idxalçı şirkətlərin idxal etdiyi 1 kq
14 manatdan başlayan yağları Belarus mağazalarında 1 kq 12-13 manata almaq
mümkün idi bu mağazalar monopolist idxalçıların yuxusunu əməlli başlı
qaçırtmışdı. Həmin vaxt supermarketlərdə məcbur olub kampaniya keçirib 1 kq
12-13 manata salırdılar. İdxalçılar nə etdilərsə son dövrlər Bakıda Rusiya,
Belarusiya mağazalarının sayı kəskin şəkildə azaldı. Hal-hazırda qalan Rusiya,
Belarusiya mağazalarındakı qiymətlər elə supermarketlərdəki qiymətlərlə
eynidir. Dediyim kimi kərə yağının qiymətinin ucuzlaşması üçün indiki kimi 5-6
yox, qonşu ölkələrdəki kimi 30-40-dan çox idxalçı şirkət ölkəyə yağ idxal etməlidir.
Belə olan halda həm keyfiyyət yüksələcək həm rəqabət güclənəcək, həmdə qiymətlər
aşağı düşəcək. Çox təssüfki 17 illik maneədən sonra ötən ilin 1 iyul tarixindən
Rəqabət Məcəlləsi qüvvəyə minsədə 10 aya yaxındır ki, nəyinki bu sahədə ümumiyyətlə
heç bir sahədə inhisarçılıq monopoliya ilə bağlı müsbətə doğru dəyişiklik
olmayıb.
İlkin Məmmədkərimli, ekspert
News365.az