15 yaşlı oğlan əmisinə hücum edən canavarı ÖLDÜRDÜ

15 yaşlı oğlan əmisinə hücum edən canavarı ÖLDÜRDÜ
17:55

Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.

News365.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Axaxdərə kəndində baş verib.

Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib.

Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.

Hadisə zamanı xəsarət alan 47 yaşlı Aydın Qurbanov Zaqatala rayon Xəstəxanasına çatdırılıb. Müalicəsi davam etdirilir./Qafqazinfo


Sizin reklam burada
Sizin reklam burada