1 litrlik plastik butulka üçün 17 litr su sərf olunur
News365.az xəbər verir ki, plastik butulka istehsalı ciddi su itkisinə səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, 1 litrlik plastik butulka istehsalı üçün ümumilikdə 17 litr su sərf edilir. Bu miqdarın 61%-i plastik xammalın hazırlanmasına, 16%-i emal prosesinə, 17%-i enerji istehlakına sərf olunur. İçməli su kimi istifadə edilən hissə isə cəmi 6%-dir.
İqlim böhranının dünyanı su qıtlığına sürüklədiyini bildirən Türkiyə Tabiətini Qoruma Dərnəyinin məsləhətçisi Dr. Erol Kesici, 22 Mart – Dünya Su Günü çərçivəsində su qanununun təcili qəbul edilməli olduğunu vurğulayıb. O bildirib ki, hazırda dünyada 3,8 milyard insan təmiz suya çıxış imkanından məhrumdur. “Dünyadakı suyun cəmi 3%-i şirindir. Hər 5 nəfərdən 1-i su çatışmazlığı yaşayır. 1 kiloqram şokolad istehsalı üçün 17 min 196 litr, 1 portağal üçün 50 litr, 1 pambıq köynək üçün isə 2 min 720 litr su sərf olunur”, – deyə Kesici əlavə edib.
İqlim dəyişikliyi olmasa belə, ölkənin artıq su stresi yaşayan bölgələrdən biri olduğunu bildirən Prof. Dr. Mehmet Emin Aydın kənd təsərrüfatı siyasətinin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Digər ekspert, Prof. Dr. Mustafa Sarı isə qlobal istiləşmənin dəniz ekosisteminə ciddi təsir etdiyini qeyd edib. O, Marmara dənizindəki çirklənməyə diqqət çəkərək müsilaj (dəniz seliyi) təhlükəsinin geniş yayıldığını bildirib. “Səthdə görünən müsilaj fəlakətin sadəcə binde biridir”, – deyə Sarı xəbərdarlıq edib.