1 il qonşunun pişiyini yemlədiyi üçün məhkəməyə verildi

1 il qonşunun pişiyini yemlədiyi üçün məhkəməyə verildi
13:50

İsveçrədə maraqlı hadisə baş verib. Oddity Central-ın yaydığı məlumata görə, isveçrəli təqaüdçü bir il qonşusunun pişiyini yedizdirdiyi üçün məhkəmədə hakim qarşısına çıxıb.


Münaqişə Leo adlı pişiyin sahibi ev heyvanının evə getdikcə daha az qayıtdığını görəndə başlayıb. Məlum olub ki, üzbəüz yaşayan yaşlı qadın yazılı xəbərdarlıqlara baxmayaraq, bir neçə aydır ki, heyvana yem verirmiş. Üstəlik, o, ev heyvanının sərbəst gəlib-getməsi üçün qapısına xüsusi deşik də açdırıb.

Nəticədə Leonun sahibləri təqaüdçünü başqasına məxsus əmlakı qanunsuz olaraq mənimsəməkdə ittiham edərək polisə ərizə veriblər. (İsveçrə qanunlarına görə, pişiklər onların sahibinin malı sayılırlar-red.). Təqaüdçü 4273 dollar cərimə olunub, lakin ödəməkdən imtina edib və iş məhkəməyə qədər gedib.

Məhkəmədə tərəflər razılığa gəliblər: pişik təqaüdçünün yanında qalıb, əvvəlki sahibi isə iddiasını geri götürüb. Razılaşmanın digər təfərrüatları açıqlanmır. Lakin yerli media artıq bu işi İsveçrə məhkəmə praktikasında ən maraqlı işlərdən biri adlandırıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada