Zurnalistlər- yeni sosial bəla

Zurnalistlər- yeni sosial bəla
09:28
Özünü jurnalist hesab edən, ancaq əslində jurnalistdən çox Zurnalist olan bəziləri, son zamanlar izləyici, 'like' və yaxud populyarlıq qazanmaq üçün dövlətin müxtəlif strukturlarını, ayrı-ayrı şəxsləri hədəfə alır, öz aləmlərində onları ələ salmağa çalışırlar.
​Məmuru da, qurumu da tənqid etmək olar. Hansısa qurumun və məmurun qərarı ilə razılaşmamaq, onun ətrafında fikir də yürütmək olar.
Ancaq sosial mediada insanları, qurumları ələ salmağa çalışmaq sadəcə peşə etikasından, əxlaqdan uzaq olmaq deməkdir.
Hələ belələrinin mükafatlandırıldığını görməkdə olur.
WEF-in Qlobal Risk Hesabatı 2026-da əsasən dünyanın hazırda, yaxın 2 il və uzaq 10 il ərzində qarşısında duran əsas təhlükələrdən biri yanlış məlumatlandırma və dezinformasiyadır. Hal-hazırda bəzi Zurnalistlər sosial medianın yaratdığı imkanlardan istifadə edərək fakta və sübuta əsaslanmayan yanlış xəbər tirajlamaqdadırlar. Ən əsası belə Zurnalistlər cəmiyyət üzvləri ilə dövlət orqanlarını, ayrı-ayrı şəxsləri üz-üzə qoyurlar. Yəni Zurnalistlər yanlış məlumatlandırma və dezinformasiya virusunun yayıcılarıdır.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada