Dubayda ticarət yollarındakı fasilələr və Yaxın Şərqdə artan gərginlik səbəbindən şəhərin yalnız təxminən 10 günlük təzə ərzaq ehtiyatı qaldığı bildirilib.
Bununla bağlı yayılan bir video sosial mediada böyük diqqət çəkib.
Görüntülərdə insanlar təşvişə düşərək, supermarketlərə tələsir, rəfləri sürətlə boşaldır və zaman-zaman mübahisələr baş verir.
SRF-nin məlumatına görə, Dubay, xüsusilə meyvə, tərəvəz və qısa rəf ömrü olan məhsullar baxımından idxaldan asılıdır.
Bildirilir ki, qlobal logistika şəbəkəsində fasilələr şəhərin qida təchizatına tez bir zamanda təsir göstərə bilər.
Bölgədəki bəzi vacib dəniz yollarındakı qeyri-müəyyənlik və artan gərginlik səbəbindən bir çox gəmi Körfəzdən keçməkdən yayınır, bu isə qida daşınmalarında gecikmələrə yol açır. Qeyd edilir ki, təchizat zənciri üzərində davam edən təzyiq qida qiymətlərinin artmasına səbəb ola bilər.