Misli Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək.
Əvvəlcə “İmişli” Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olacaq.
Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.
“Qarabağ” 46 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” 33 xalla beşincidir. “Şamaxı” 26 xalla səkkizinci, 21 xala malik “İmişli” isə doqquzuncudur.