"Ziyarətçilər xüsusi avtobuslarla pulsuz daşınacaq"- AYNA

"Ziyarətçilər xüsusi avtobuslarla pulsuz daşınacaq"- AYNA
06 İyn 2025 11:41

Bu gün “Sea Breeze”də baş tutacaq “Yay musiqi mövsümü”nün açılışında iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə xüsusi avtobuslar ayrılıb.

News365.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, ziyarətçilərin saat 17:00-dan 20:00-dək metronun “Koroğlu” stansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən (“Atletlər kəndi”) “Sea Breeze”ə, saat 22:30-dan 00:00-dək isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək.

“Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, tədbirin qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə edilir.


Sizin reklam burada
Sizin reklam burada