“Zirə” iştirak ərizəsini UEFA-ya göndərdi

“Zirə” iştirak ərizəsini UEFA-ya göndərdi
19 İyl 2025 14:09

Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacaq “Zirə” iştirak ərizəsini UEFA-ya göndərib.

News365.az xəbər verir ki, siyahıya 2-si qapıçı olmaqla, ümumilikdə 21 futbolçunun adı daxil edilib.

Qapıçılar: Aydın Bayramov, Tiaqo Silva

Müdafiəçilər: Ruan Renato, Mutsinzi Ange, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, İssa Cibrilla, Stefan Aka, Qismət Alıyev

Yarımmüdafiəçilər: İsmayil İbrahimli, George Papunaşvili, Ayron Qomis, Hacıağa Hacılı, Rikardo Quima, Ceyhun Nuriyev, Brahim Konate

Hücumçular: Davit Volkov, Martins Junior, Vinsent Till, Abdul Aziz Batibie.

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.


Sizin reklam burada
Sizin reklam burada