Türkiyə Portuqaliyanı da məğlub etdi

Türkiyə Portuqaliyanı da məğlub etdi
31 Avq 2025 10:36

Kişi basketbolçuları arasında Avropa çempionatında III turun oyunları keçirilib.

 A qrupunda yer alan Türkiyə millisi üçüncü matçında Portuqaliya ilə üz-üzə gəlib.
 

Riqa şəhərində yerləşən eyniadlı arenada oynanılan görüş "ay-ulduzlular"ın 95:54 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə seçməsi 1/8 finala vəsiqəni təmin edib.


Ergin Atamanın baş məşqçisi olduğu kollektiv bundan əvvəl Latviyanı 93:73, Çexiyanı isə 92:78 hesabı ilə üstələyib.

Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada