16 qat Türkiyə çempionu "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.
News365.az xəbər verir ki, bu posta Sergen Yalçın təyin olunub.
52 yaşlı mütəxəssis "qara qartallar"la 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
O, daha əvvəl istefaya göndərilən Ule Qunnar Sulşeri əvəzləyib.
Qeyd edək ki, Sergen Yalçın artıq 2020/21 mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb. Yalçının son iş yeri “Antalyaspor” olub.We