Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.
News365.az xəbər verir ki, bu barədə Z.Xanlarovanın "instagram" hesabında məlumat verilib.
Bildirilib ki, Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb:
“Guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə fırıldaqçılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!", - deyə paylaşımda bildirilib.