Trampdan Almaniyadakı ABŞ hərbi qüvvələri ilə bağlı yeni siqnal: azaldılma ehtimalı gündəmdə
ABŞ Prezidenti Donald Trump Almaniyada yerləşən ABŞ hərbi qüvvələrinin vəziyyətinin yenidən qiymətləndirildiyini açıqlayıb.
News365.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp ABŞ-nin Almaniya ərazisində yerləşən hərbi birləşmələrinin sayının azaldılması ehtimalının nəzərdən keçirildiyini bildirib.
ABŞ lideri qeyd edib ki, mövcud hərbi dislokasiya təhlil olunur və bu istiqamətdə yekun qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
News365.az