Əməkdar artist həyat yoldaşı ilə FOTOsunu paylaşdı

Əməkdar artist həyat yoldaşı ilə FOTOsunu paylaşdı
16:03

Əməkdar artist Gülzar Qurbanova rejissor həyat yoldaşı Elxan Cəfərovla birgə fotosunu izləyiciləri bölüşüb.

Aktrisa ömür-gün yoldaşının ad günü olduğunu paylaşımı ilə bildirib.

Sənətçi bu sözlərlə onu təbrik edib:

"Günəş hər axşam batır, yenidən doğmaq üçün üfüqün o tayına keçir. Biz də çox vaxt qürubun içindən keçirik - yenidən doğulmaq üçün.
Biz bu həyat adlı filmin qəhrəmanlarıyıq, kadrın içindən keçirik və həyat bizi çəkir - rejissoru görünməyən bir film kimi. İnanıram, ən gözəl kadrlar hələ qabaqdadır. Səninlə həyat adlı filmdə olmaq ən gözəl hekayədir. Həyatda mən Mauqliyə bənzəsəm də, kinomuzun Mauqlisi sənsən. Qoy, içimizdəki o azad ruh həmişə diri qalsın, qorxmadan, səmimi və sadə. Doğum günün mübarək".


Sizin reklam burada
Sizin reklam burada