İntensiv yağışlardan sonra pis vəziyyətə düşən Elman Məmmədov adına körpələr evi - uşaq bağçası yenilənəcək.
News365.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Qeyd edilib ki, 1935-ci ildə istifadəyə verilən Xətai rayonu Elman Məmmədov adına uşaq bağçasının binası uzunmüddətli istismar nəticəsində köhnəlib və əsaslı təmirə ehtiyac yaranıb: “Qeyd edilən məsələ ilə bağlı bağçaya baxış keçirilib, altevnativ həll yolları araşdırılıb.Dövlət Proqramı çərçivəsində sözügedən məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirinin nəzərə alınması üçün zəruri tədbirlər görülür. Yay dövrü ərzində bağça infrastrukturunun yenilənməsi planlaşdırılır”.