“Atalarımız
deyib ki, varlının xoruzu da yumurta qoyar, toyuğu da. Təbiət Rusiyaya 75
trilyon dollar, ABŞ-a 45 trilyon dollar, Səudiyyə Ərəbistanına 34 trilyon
dollarlıq təbii sərvət verib. Onlar dünyada ilk üçlükdə qərarlaşır. Birinci və
ikinci yerdə təbii sərvətə malik olan ölkələr öz problemlərini həll etmək üçün
üçüncü yerdə olan ölkəni seçirlər”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, təbiətdən sonra daha çox pay alan Kanada 33 trilyon dollar, İran
27 trilyon dollar və Çin 23 trilyon dollarlıq təbii sərvətə sahibdir:
“Bizimsə
getdikcə tükənməkdə olan bir neftimiz var, bir də illik 45-50 milyard kub metr
hasil edə biləcəyimiz qazımız var, hamısı toplasaq bunların 1%-I etməz.
Hələ
COP29 vaxtı bizə deyirdilər ki, Siz neft-qaz ölkəsisiniz… İndi də durub yenidən
sərvət bölgüsü üçün çarpışırlar.
Ölkənin
təbii sərvətlər üzərində bərqərar olması zəngin ailədə doğulan uşaqlar kimi həyata
1:0 öndə başlaması deməkdir. Sonrası isə uşağın özündən asılıdır”.
News365.az