Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb
14 Okt 2025 20:30

“Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib. 

News365.az xəbər verir ki, bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib. 

O, deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib. Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb.

Kartoqrafik əsər azərbaycan və ingilis dillərindədir.


Sizin reklam burada
Sizin reklam burada