ABŞ-nin briqada generalı Azərbaycandadır - FOTO

ABŞ-nin briqada generalı Azərbaycandadır - FOTO
11:27

ABŞ-nin briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

News365.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşım edib.

“ABŞ-nin Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə vətən uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla anmaq üçün Şəhidlər xiyabanını ziyarət edib”, - məlumatda qeyd olunub.



Sizin reklam burada
Sizin reklam burada