Paşinyan rəqiblərinə qarşı üstün mövqedədir

Paşinyan rəqiblərinə qarşı üstün mövqedədir
13:44

Ermənistan siyasətindəki daxili gərginliklər fonunda baş nazir Nikol Paşinyan rəqiblərini neytrallaşdırmaqda kifayət qədər üstünlük qazanıb. Ölkədəki siyasi mübarizə yalnız partiyalar arasında deyil, həm də kilsə və müxtəlif təsir qüvvələrinin təsir dairəsində davam edir. Rusiyanın diaspora və emisarlar vasitəsilə müdaxiləsi, kilsənin bəzi nümayəndələrinin Paşinyana qarşı çıxması, həmçinin daxili siyasi rəqiblərin fəaliyyət göstərməsi baş nazir üçün ciddi sınaqlardır.

Milli Məclisin deputatı Rasim Musabəyov Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi vəziyyətini şərh edib.

News365.az-a açıqlamasında Musabəyov bildirib ki, Paşinyan daxili rəqiblərini neytrallaşdırmaq üçün kifayət qədər resurslara malikdir.


Deputat qeyd edib ki, Rusiya həm diasporanı, həm də bəzi emisarları erməni siyasətinə təsir göstərmək üçün istifadə edir. Kilsəni Paşinyana qarşı qaldırmağa çalışıblar, lakin Paşinyan onların fəaliyyətini effektiv şəkildə məhdudlaşdırıb.

Musabəyov əlavə edib ki, Paşinyana alternativ şəxsi və siyasi qüvvə hələ görünmür: “Hər kəs anlayır ki, Ermənistanın Azərbaycanla hərbi qarşıdurmaya girməyə gücü yoxdur. Paşinyan həm Avropa Birliyi, həm də ABŞ tərəfindən dəstək alır. Bu dəstək ona hakimiyyətdə qalmaq imkanı verir.”

Deputat hesab edir ki, Paşinyan seçkilərdə ya koalisya ilə, ya da tək başına parlamentdə çoxluğu qoruyaraq hakimiyyəti saxlayacaq: “Əgər Paşinyanı devirmək istəsələr, alternativ siyasi qüvvə onun siyasi xəttini davam etdirməyə məcbur olacaq.”


Sizin reklam burada
Sizin reklam burada