Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir.
News365.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Mən prezident kimi konstitusiyamızı pozmayacağam, əksinə, xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəyəm”, - Zelenski deyib.
Zelenski əlavə edib ki, Ukrayna müstəqillik uğrunda mübarizə aparır və buna görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini tanımayacaq:
“Xalqımız bunun üçün döyüşüb, qəhrəmanlarımız həlak olub. Ona görə də bunu heç kim unutmayacaq. Biz Ukraynaya qarşı törədilən bu cinayəti heç kimə unutdurmayacağıq”.