Bakıdan Pakistanda qatardakı terror aktı ilə bağlı bəyanat

Bakıdan Pakistanda qatardakı terror aktı ilə bağlı bəyanat
12 Mar 2025 22:50

Pakistan sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi.


News365.az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında yaydığı bəyanatda öz əksini tapıb.


"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyyik və terror təhdidinin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik”, - bəyanatda qeyd olunub.


Qeyd edək ki, Pakistanda sərnişin qatarı terrorçular tərəfindən ələ keçirilib və qatarda olan 450 sərnişin girov götürülüb. Girov götürülərkən 10-dan çox sərnişinin öldürüldüyü üzə çıxıb.


Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində indiyədək 150-dən çox sərnişin azad edilib


Sizin reklam burada
Sizin reklam burada