Zakir Həsənov mayora yeni vəzifə verdi

Zakir Həsənov mayora yeni vəzifə verdi
12 Mar 2025 22:30

"Azərbaycan Ordusu" qəzetinə yeni redaktor təyin olunub.


News365.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.


Əmrə əsasən, mayor Ceyhun Cəfərli Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Azərbaycan Ordusu" qəzetinin redaktoru vəzifəsinə gətirilib. Baş redaktor olmadığına görə nəşr hazırda onun rəhbərliyi ilə fəaliyyət göstərir.


C.Cəfərli bundan əvvəl "Azərbaycan Ordusu" qəzetinin məsul katibi işləyib.


Qeyd edək ki, qəzetin əvvəlki baş redaktorunun birinci müavini - baş redaktoru mayor Məhəmməd Nəsirli olub. O, sentyabrın əvvəlində işindən ayrılıb


Sizin reklam burada
Sizin reklam burada