ABŞ-da yaşayan azərbaycanlılar üçün yeni televiziya kanalı açıldı - VİDEO

ABŞ-da yaşayan azərbaycanlılar üçün yeni televiziya kanalı açıldı - VİDEO
18:30

ABŞ-da yaşayan azərbaycanlılar üçün yeni televiziya kanalı açıldı

News365.az xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq məqsədilə Mira TV kanalı fəaliyyətə başlayıb.

Bu barədə Mira TV-nin təsisçisi Tofiq Ağayev məlumat verib.

"Burada yaşayan azərbaycanlılar xəbərləri əsasən sosial şəbəkələrdən izləyirlər. Yeni gəldikləri üçün əksər insanlar ingilis dilini hələ yaxşı bilmədiklərindən informasiya qıtlığı yaşayırlar. İctimai-siyasi və mədəni həyatdan tam xəbərdar ola bilmirlər. Bu da onların cəmiyyətə adaptasiyasını çətinləşdirir. Azərbaycan dilində verilişlərin olmasına böyük ehtiyac var. Məhz bu məqsədlə ABŞ-da Azərbaycan dilində yayımlanan kanal açdıq”, – deyə o bildirib.

Tofiq Ağayev əlavə edib ki, Mira TV vasitəsilə azərbaycanlılar verilişlərə canlı qoşula, suallarını ünvanlaya və birbaşa cavab ala biləcəklər.



Sizin reklam burada
Sizin reklam burada