Oruc yaxşılıq etmək hissini yenidən canlandırılması üçün proqramdır- Tural İrfan yazır
Cəmiyyət
12 Mar 2025 09:10
Qarnı oruc olan adamın gərək ağzı, dili, qəlbi, düşüncəsi də oruc olsun. Bütün mənfi düşüncələrini, pis niyyətlərini cilovlasın. Yemək və içməkdən imtina etdiyi kimi qiybət, böhtan istehsal etməkdən də uzaqlaşsın. Sədəqə versin, lakin təkcə maldan və puldan deyil. Xoş sözlər, təbəssüm, insanlara mənəvi dəstək sədəqə etsin...
Oruc əslində insanların yaxşılıq etmək hiss və həvəslərinin yenidən canlandırılması üçün təmrindir, proqramdır.
Tək özünü düşünsən mömin ola bilməz. Qiyamətdə təkcə özünün xilasını düşünən müsəlman ola bilməz, o, alverçidir, tacirdir. İbadət verib Cənnət almaq istəyir. Oruc verib huri-qılmana sahib olmaq istəyir, bu ticarətdir. Allahla da alver etmək olmaz. Ona sırf onun rızası üçün, təmənnasız ibadət və itaət edilməlidir. Mükafatını özü verəcək.