Suriya prezident respublikası olacaq - KİV

Suriya prezident respublikası olacaq - KİV
19:15

Suriyada keçid dövrü üç ildən beş ilə qədər davam edə bilər.


News365.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalı mənbələrə istinadən məlumat yayıb.


Mənbə bildirib ki, Suriyanın konstitusiya bəyannaməsi layihəsinə əsasən, ölkənin prezident respublikası olacağı ehtimal edilir:


“Bəyannamədə ölkə qanunvericiliyinin islam hüququ prinsiplərinə əsaslanacağı qeyd olunub. Milli ordunun isə əsas vəzifəsi vətəni və Suriya vətəndaşlarını, ölkədə vətəndaş sülhünü qorumaq olacaq. Silahlara malik olmaq hüququ yalnız dövlət məmurlarına aid olacaq”.


Sizin reklam burada
Sizin reklam burada