BƏƏ Trampın məktubunu İrana təhvil verəcək

BƏƏ Trampın məktubunu İrana təhvil verəcək
17:25

BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş çərşənbə günü ABŞ prezidenti Donald Trampın İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneiyə ünvanladığı məktubu İranın xarici işlər naziri Abbas Əraqçiyə təhvil verəcək.     

News365.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib. 

"BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri bu gün günortadan sonra xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək. O, Trampın məktubunu İrana gətirir".


Sizin reklam burada
Sizin reklam burada