Bakıda kafenin səkiyə çıxan hissəsi söküldü - VİDEO

Bakıda kafenin səkiyə çıxan hissəsi söküldü - VİDEO
17:40

Paytaxtın Xətai rayonu ərazisində piyada səkisi zəbt olunub.

News365.az xəbər verir ki, bu barədə jurnalist Pərvin Abşıova yazıb.

“Xətai metrosunun yanında Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti nin binası ilə düz üzbəüz yolun qarşı tərəfində səkinin yarıdan çox hissəsi (eni baxımından) zəbt olunub, dəmir konstruksiyalar quraşdırılır. Çox güman ki, hazırda o zonada dəbə minmiş kofeşop açılacaq”,- deyə o qeyd edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, ötən gün Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu, Xocalı prospekti ünvanında monitorinq keçirib:

“Monitorinq nəticəsində piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edilib. 

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidə qanunsuz işlər dərhal dayandırılaraq, səki əvvəlki vəziyyətinə qaytarılıb”.




Sizin reklam burada
Sizin reklam burada