Zelenski deputatları cəbhəyə göndərməklə hədələdi

Zelenski deputatları cəbhəyə göndərməklə hədələdi
15:21

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın deputatlarını cəbhəyə göndərməklə hədələyib.

Bu barədə "Ukrinform" agentliyi istinadən xəbər verir.

"Xalq deputatları ya Ukrayna qanunvericiliyinə uyğun olaraq parlamentdə xidmət etməli olacaqlar, ya da mən parlament nümayəndələri ilə səfərbərliklə bağlı dəyişikliklər haqqında qanunu müzakirə etməyə hazıram ki, deputatlar cəbhəyə gedə bilsinlər", - deyə Ukrayna lideri bildirib .

V.Zelenski bununla Ali Radadakı son uğursuz səsvermələri, xüsusilə də Beynəlxalq Valyuta Fondu tərəfindən tələb edilən qanun layihələrinin qəbul edilməməsini şərh edib.


Sizin reklam burada
Sizin reklam burada