1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
15:26

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər".

News365.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, bir aydan artıq davam edən öskürək allergiya ilə bağlı ola bilər:

"Lakin dəqiq diaqnoz üçün bir sıra amillər nəzərə alınmalıdır. Əvvəlki illərdə eyni mövsümdə oxşar şikayətlərin olub-olmaması, yaşayış mühiti, reflüks xəstəliyi kimi digər mümkün səbəblər araşdırılmalıdır. Düzgün diaqnoz üçün şikayətlərin səbəbi kompleks şəkildə araşdırılmalıdır və özbaşına müalicə aparılmamalıdır".


Sizin reklam burada
Sizin reklam burada