Zelenski bu ölkəyə səfərini təxirə saldı

Zelenski bu ölkəyə səfərini təxirə saldı
20 Mar 2025 18:30

Ukrayna Prezidenti Vladimir Zelenskinin Cənubi Afrika Respublikasına (CAR) səfəri aprelin 10-dan aprelin 24-nə təxirə salınıb.


News365.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə CAR prezidentinin mətbuat katibi Vinsent Maqvenya məlumat yayıb.


"Zelenskinin səfəri onun şəxsi xahişi və hazırkı qrafiki ilə əlaqədar Ukrayna hökumətinin istəyi ilə 24 aprel 2025-ci il tarixinə dəyişdirilib", - sözçü bildirib.


Maqvenya əlavə edib ki, CAR-ın Ukraynadakı münaqişəni həll etmək istəkləri ABŞ-ın mövqeyi ilə üst-üstə düşür.


Mətbuat katibi eyni zamanda qeyd edib ki, Zelenskinin səfəri sülh prosesini dəstəkləmək və ölkələr arasında ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.



Sizin reklam burada
Sizin reklam burada