ABŞ-a məxsus hərbi təyyarə Ermənistan səmasında

ABŞ-a məxsus hərbi təyyarə Ermənistan səmasında
27 Mar 2025 22:30

26 mart tarixində Almaniyadan havalanan C-130 təyyarəsi Ruminayaya enib. 27 mart tarixində isə Ruminiyadan Tiflisə gəlib.


News365.az xəbər verir ki, bu barədə GSSR44 Teleqram kanalı məlumat yayıb.


Bildirilib ki, Tiflisdən geri dönmək üçün qalxan C-130 Ermənistan hava məkanına daxil olub. Təyyarənin hansı səbəbdən Ermənistan hava məkanına daxil olduğu bilinmir. Məlumatlara əsasən, təyyarə 2 saatdan çox Ermənistan hava məkanında olub. Təyyarənin İrəvana enməsi də ehtimallar arasındadır.


Qeyd edək ki, ABŞ-ın Almaniyadakı bazadan təlim üçün Ermənistana onlarla hərbi texnika daşıyacağı haqda məlumat yayılmışdı.


Sizin reklam burada
Sizin reklam burada