Rusiya-ABŞ məsləhətləşmələrinin ikinci raundu Ukrayna münaqişəsinin həlli üzrə aprelin ortalarında Ər-Riyadda baş tuta bilər.
News365.az xəbər verir ki, bu barədə TASS-a danışıqların təşkili prosesində iştirak edən mənbə məlumat verib.
"Rusiya və ABŞ arasında texniki məsləhətləşmələr davam edəcək, baxmayaraq ki, növbəti raundun keçirilməsi ilə bağlı təşkilati məsələlər hələ müzakirə olunmayıb", – agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndələrinin Qara dəniz taxıl təşəbbüsünün bərpasına həsr olunmuş görüşü baş tutub