Sosioloqların apardıqları tədqiqatlara görə, tez-tez dalaşan cütlüklər bir-birlərinə daha çox bağlı olurlar.
News365.az xəbər verir ki, bu barədə “Bright Side” dərgisində elmi məqalə yayımlanıb.
Məqalədə qeyd olunur ki, sorğularda iştirak edən cütlüklərin 44 %-i baş verən bütün dava-dalaşlara baxmayaraq böyük və həqiqi bir eşq yaşadıqlarına inanırlar.
Eyni zamanda məqalədə qeyd olunur ki, ideal cütlüklər səs qaldırmadan, bir-birlərini başa düşəcək şəkildə problemlərə həll yolu axtardıqda münasibətləri daha da möhkəmlənir.