Reytinqli “Yalı çapkını” serialının ulduzu aktyor Mert Ramazan Demir əsgər gedir.
Ölkə.Az xəbər verir ki, bu barədə aktyor özü açıqlama verib.
Serialın finala çıxmasından sonra aktyorun Türkiyənin Hatay şəhərinin İskenderun mahalına hərbi xidmətə yollanacağı bildirilir.
Türkiyə mətbuatının yazdığına görə, o, aprelin 3-də hərbi bölməyə təhvil veriləcək.
Qeyd edək ki, M.R.Demirin "Yalı çapkını"nda tərəf müqabili aktrisa Afra Saraçoğludur.