Ötən gün Moldovanın paytaxtı Kişinyov şəhərinin aeroportunda saxlanılan Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul saxlanılması ilə bağlı vəziyyətə dəstək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinə məktubla müraciət edib.
News365.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov artıq məktubla tanış olduqlarını bildirib.
“Əslində, Moldova ilə Rusiya arasında münasibətlərin inkişafının tərəfdarı olan bütün siyasi qüvvələr qanunsuz təqiblərə məruz qalırlar”, - o qeyd edib.