" Zalujni hakimiyyətə gələrsə Rusiya ilə atəşkəs tez mümkün olar"- Aqşin Kərimov

" Zalujni hakimiyyətə gələrsə Rusiya ilə  atəşkəs tez mümkün olar"- Aqşin Kərimov
13:24

"Volodimir Zelenskinin əvəzlənməsi ilə bağlı iddiaların bu qədər gündəmə gəlməsi həmin senarinin masada olduğunu təsdiqləyə bilər."

Plitoloq Aqşin Kərimov bunu News365.az-a deyib. 

"Əgər Valeri Zalujni, hakimiyyətə gələrsə və prezident postunda əyləşərsə, ehtimal ki, Rusiya ilə danışıqlarda atəşkəs əldə olunması daha tez mümkün ola bilər. Çünki o, hər vəziyyəti yaxşı qiymətləndirə bilir və resurs olmadan da Ukrayna qüvvələrinin döyüşməsini bir qədər mənasız hesab edir.

Volodimir Zelenski və Valeri Zalujnı indiyə qədər ölkədə ən populyar liderlik namizədləri olmuşdur. Silahlı qüvvələrin sabit rəsmisi olan Zalujnı, Ukraynalıların 88 faizinin etibarını qazanıb və hətta sorğularda zaman-zaman Zalujnının Zelenskinin qarşısına keçdiyi müşahidə edilib."


Sizin reklam burada
Sizin reklam burada