“ABŞ-da Tramp administrasiyası ABŞ-ın
vitse-prezidenti Venslə Nikol Paşinyan arasında görüşlə nümayişkaranə şəkildə
Ermənistanın baş nazirinə stavka etdiyini və onunla dialoqa hazır olduğunu göstərdi.
Ona görə də Rusiya üçün bu barədə düşünmək üçün böyük səbəb var. Əgər ABŞ
Paşinyana onun KTMT-dən mümkün çıxması ilə bağlı bəyanatları fonunda bu cür
davranırsa, bu, özlüyündə onu göstərir ki, Amerika üçün Ermənistan istiqaməti prioritetlərdən
biridir”.
News365.az
xəbər verir ki, bunu Rusiya Beynəlxalq
Məsələlər Şurasının sədri Aleksey Fenenko Ermənistanın baş nazirinin ABŞ səfərini
şərh edərkən deyib. O, bildirib ki, Tramp administrasiyası işə yeni başlayıb:
“ABŞ-ın vitse-prezidenti Vens isə
artıq erməni istiqamətinə maraq göstərib. Təbii ki, onlar Ermənistanı özlərinə
bərabər hesab etmirlər. Amma yenə də… ABŞ-da Paşinyan hamı ilə görüşüb. Eyni
zamanda, Ermənistan hökumətinin başçısı Rusiya ilə, o cümlədən İrəvanla Bakı
arasında sülh sazişi məsələsində daim gərginliyi artırır. Və bütün istiqamətlərdə
o, təkcə Qərbin dəstəyinə arxalanmır.
Paşinyan yaxşı başa düşür ki, Qərb
onunla razılaşdıqca və onu dəstəklədikcə baş nazir postunda qalacaq. Ermənistanda
qərbyönümlü QHT-lər o qədər güclənib ki, lazım gələrsə, indiki baş nazirin
yerinə asanlıqla bir əvəz tapa bilirlər. Ona görə də o, çox gözəl başa düşür
ki, onun gücü ABŞ-ın dəstəyindən asılıdır.
Tramp diqqətini ilk növbədə Yaxın Şərqə,
bu və ya digər dərəcədə Ukraynaya yönəldib. Və onlar Paşinyana nümayiş etdirirlər
ki, Ermənistan üçün döyüşməyəcəklər. Türkiyə ilə ciddi münaqişə olmayacaq. Ona
görə də sənin çiyninə vuracaqlar, deyəcəklər ki, yaxşı gedirsən, əgər sən özünü
Rusiyadan azad edib KTMT-dən çıxsan, bu, əla olar, biz səni demokrat, liberal və
nə istəsən, elan edəcəyik. Lakin ABŞ öz hesabına sizə konkret yardım göstərməyə
hazır deyil. Yəni Ermənistan onlar üçün o qədər də önəmli deyil.
Baydenin Ermənistanı necə fəal dəstəklədiyini
gördük. Demokratların etnik ermənilər arasında həmişə güclü mövqeləri var.
Lakin ABŞ İrəvan qarşısında şərt qoyur ki, Ermənistan KTMT ilə qarşılıqlı fəaliyyətdən
Qərblə müttəfiqliyə istiqamətlənməlidir. Ancaq açığını deyim ki, Ermənistana Qərbin
müttəfiqi statusunu heç kim vermir. Bu, Qafqazda Rusiya üçün çətinlik yaradacaq
“Qərbin könüllü köməkçisi” statusudur. Və eyni zamanda Azərbaycan üçün gərginlik
yaradır”.
News365.az