"Ermənistan və onun havadarları, xüsusilə Fransa və bəzi Avropa ölkələri, Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Onlar çalışırlar ki, Azərbaycanı günahkar kimi göstərsinlər və ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərər vursunlar. Məqsədləri Cənubi Qafqazda güclənən mövqeyimizi zəiflətmək və Ermənistanı müdafiə etməkdir."
Milli Məclisin deputatı Samir Vəliyev bu sözləri News365.az-a açıqlamasında deyib.
"Reallıq başqadır. Azərbaycan beynəlxalq hüquqa uyğun hərəkət edir və həmişə sülhün tərəfdarı olub. 44 günlük müharibədə öz torpaqlarımızı işğaldan azad etməyimizə baxmayaraq, biz yenə də Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq. Dünyada belə bir hal çox nadir rast gəlinir – qalib dövlət məğlub olan tərəfə sülh təklif edir.
Azərbaycanın balanslı siyasəti onu beynəlxalq səviyyədə daha da gücləndirir. Ermənistanın və onun tərəfdarlarının yalanlarına baxmayaraq, biz haqq yolundayıq və bunu bütün dünya görür.